26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) 4 il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutub. 

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu barədə Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında bildirilib.

2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta balların təhlili zamanı ən yüksək nəticə nümayiş etdirmiş top 10 ali təhsil müəssisəsi arasında BANM yenə ən yüksək nəticə nümayiş etdirərək (678,4 orta bal) liderliyi qoruyub saxlayıb.

Təsadüfi deyil ki, bu ilki ilk qəbul imtahanında I qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədovun da seçimi məhz BANM olub. Əsra Bayramova “İnformasiya təhlükəsiziyi”, Vasif Əsədov isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçib.

Читайте также:  AZAL-ın prezidenti ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb

Qeyd edək ki, ötən il də I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 7 tələbənin hər birinin seçimi BANM olmuşdu. Eyni zamanda ötən iI I qrup üzrə Prezident təqaüdünə layiq görülmüş 25 tələbənin 24-ü BANM-da təhsil alır.

№ Ali təhsil müəssisələri Orta bal 2014/2015 2015/2016 2016/2017 2017/2018 1 Bakı Ali Neft Məktəbi 668 675,1 666,5 678,4 2 Azərbaycan Tibb Universiteti 569,5 574,8 580,9 603,1 3 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 601,5 606,5 604,4 595,4 4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 578,4 596,2 570,3 576,9 5 ADA Universiteti 591,3 605,3 596,1 532,9 6 Azərbaycan Dillər Universiteti 433,1 447,6 446,6 457,5 7 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 452,1 436,1 427,1 430,1 8 Milli Aviasiya Akademiyası 375,6 402,2 410,1 427,2 9 Bakı Dövlət Universiteti 426,8 434,9 427,8 421,2 10 Azərbaycan Dövlət İqtisad Universiteti 390,6 396,1 416,1 412,2