Azərkosmos Bakı Ali Neft Məktəbində təqdimat keçirib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərkosmos ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə “CANSAT Azerbaijan 2018” adlı təqdimat edib. 

Ali Məktəbdən “Report”a verilən məlumata görə, təqdimat Azərkosmosun Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi  Fidan Behbudova və Peyk mühəndisi Rüstəm Zeynalov tərəfindən edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərkosmos ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq “CANSAT Azerbaijan 2018” – yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir.

Qonaqlar tədbir zamanı BANM-ın tələbələrinə müsabiqənin şərtləri, qeydiyyatı, bu sahədə mümkün olacaq müzakirələr və təlimlərin keçirilməsi, hesabatların hazırlanması, tələbələr tərəfindən hazırlanmış olacaq modelin səmaya buraxılması, qiymətləndirmə meyarı və nəhayət mükafatlandırma haqqında geniş məlumat verib. Müsabiqənin 7 mərhələdən ibarət olduğunu bildirən nümayəndələr həmin mərhələlər və təqvimlə tələbələri tanış ediblər. Sonda tələbələr Azərkosmosun nümayəndələrinə müsabiqədə iştirakla bağlı suallarla müraciət ediblər.

Qeyd edək ki, 2018-ci ildən Azərbaycanda da bu layihənin keçirilməsində məqsəd ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün bacarıq, vərdişlərin əldə edilməsidir. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку и обратно!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Женева – Баку!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Баку – Женева!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 роки ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 роки ago