“Air France-KLM”in baş direktoru istefaya gedib

Bakı. 5 may. REPORT.AZ/ Fransanın mülki aviasiya nəhəngi – “Air France-KLM” şirkətinin baş direktoru Jan-Mark Janayyak istefa verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, istefaya səbəb aviaşirkətin işçilərinin onların əmək haqlarının artırılması barədə hazırlanmış təklifi qəbul etməməsidir.

Xatırladaq ki, bu ilin fevral-mart aylarında “Air France-KLM”in əməkdaşları tətil keçirərək maaşlarının artırılmasını tələb ediblər. Onlar buna əsas kimi ölkədə qiymətlərin artmasını göstəriblər. Tətil nəticəsində aviaşirkət 296 mln. avro məbləğində ziyana düşüb.

Bundan sonra rəhbərlik işçilərlə danışıqlara başlayıb və onlara bu il əmək haqqının 2%, növbəti 3 il ərzində isə 5% artırılması təklif olunub. Amma işçi heyətinin 55,4%-i təklifin əleyhinə çıxıb. 

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку и обратно!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Женева – Баку!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Баку – Женева!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 роки ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 роки ago