26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ qoşunlarını Suriyadan çıxarana qədər bu ölkədə terrorçulara qarşı hava hücumlarını davam etdirmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Pentaqonun mətbuat xidmətinin xanım əməkdaşı Rebekka Rebarix deyib.

“Amerika qoşunları orada olduğu müddətcə, biz müttəfiqlərimizə dəstək göstərmək üçün artilleriya və aviasiya zərbələrimizi davam etdirəcəyik”, — deyə məlumatda bildirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp qoşunların Suriyadan geri çağırılması barədə əmr verib. Bu, həmçinin İŞİD terrorçu dəstələrinə qarşı hava zərbələrinə son qoymağı nəzərdə tutur.

ABŞ Prezidentinin 19 dekabr tarixli sözügedən əmri veriləndən sonra Suriyadan ABŞ ordusuna məxsus ağır texnikanın daşınmasına başlanılıb.

Читайте также:  Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin sabah keçiriləcək parad üçün son məşqi olub