Zaqatalada təbii fəlakət nəticəsində köməksiz qalan 12 ailə təxliyyə olunub — FOTO — VİDEO

Zaqatala. 11 avqust. REPORT.AZ/ Zaqatala rayonuna yağan leysan yağışları nəticəsində köməksiz vəziyyətdə qalan 12 ailənin üzvləri təxliyyə olunub.

«Report»un Şimal-qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Höytala və Böhtala kəndləri ərazisindən axan Qara çay daşıb və nəticədə Böhtala kəndinə gedən piyada körpüsü dağılıb.

Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub. Subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin «Mi-17» helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.

Bundan əlavə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basıb. Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Eyni zamanda rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrinə də sel suları dolub.

Hazırda baş verən fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago