

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin şərqində 10 terrorçu zərərsizləşdirilib.
«Report» xəbər verir ki, bu barədə «Anadolu» agentliyi məlumat yayıb.
Bildirilir ki, Tunceli vilayətinin Ovacıq rayonunda keçirilən əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Bununla da sentyabrın 18-də ərazidə zərərsizləşdirilən terrorçuların sayı 10-a çatıb. Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub.
Məlumata görə, Ovacıqda antiterror əməliyyatı davam edir.


Azərbaycan
Deutsch
English
Українська