26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi — “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5,1 min ton həcmində aviasiya yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyinin 23,1 min ton aviasiya yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.

“SOCAR Ukraine”nın tədarük edəcəyi aviasiya yanacağının orta qiyməti 29 795 qrivna/tondur.

Yanacağın tədarükü 30 mart — 30 aprel tarixlərində həyata keçiriləcək.

Читайте также:  Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezident İlham Əliyevi təbrik edib