Bakı. 26 yanvar. REPORT.AZ/ Yapon dənizində itkin düşən «Vostok» balıqçı gəmisinin axtarışı ilə məşğul olan aviasiya qruplarını artırmaq üçün Krasnoyarskdan Vladivostoka «Be-200» təyyarəsi göndərilib.
Bu barədə «Report» Rusiyanın FHN-in Primorski vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırda axtarış bölgəsində hava əlverişsizdir, tempratur -15 dərəcədir, küləyin sürəti 17 m/san. təşkil edir, dalğanın hündürlüyü 4-6 metrdir, görmə məsafəsi 300 metrdir. Baş İdarədən verilən məlumata görə, buna baxmayaraq, axtarış əməliyyatları davam edir, prosesə təyyarələrdən başqa, dəniz xilasetmə qüvvələri cəlb olunub.
Xatırladaq ki, Rusiyanın «Vostok» balıqçı gəmisi Yapon dənizində itkin düşüb. Gəmi ilə əlaqə kəsilib, onun göyərtəsində 21 nəfər olub. Onlar arasında iki azərbaycanlı — 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə də var.
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…