İstanbulda Rusiya və Türkiyə təyyarələri son anda toqquşmadan yayınıb — VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın «Pobeda» aviaşirkətinə məxsus «Boeing-737» təyyarəsi İstanbulun Atatürk hava limanına eniş edərkən Türkiyənin «Pegasus» aviaşirkətinin həmin an havaya qalxmaqda olan laynerinin 250 metrliyindən keçib.

«Report» «Haberturk» telekanalına istinadən xəbər verir ki, Moskvadan uçan təyyarənin pilotu güclü külək səbəbindən birinci cəhddə eniş edə bilməyib.

Bu səbəbdən hava gəmisi təyyarələrin uçuş trayektoriyasına daxil olub.

İstanbuldan İzmirə uçmaq üçün yuxarı doğru sürət yığmaqda olan təyyarənin pilotu toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib. Rusiya layneri həmin zaman əks istiqamətdə dönüş edib.

Bundan sonra Rusiya təyyarəsi eniş edib, Türkiyə layneri isə uçuşunu davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyənin aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago