Güclü yağış Zaqatalada bir sıra fəsadlar törədib — FOTO

Zaqatala.11 avqust.REPORT.AZ/ Güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlar törədib.

«Report»un Şimal-qərb bürosunun məlumatına görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basıb. 

Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Eyni zamanda rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrinə də sel suları dolub. 

Zaqatala şəhərinin mərkəzi küçələrindən Vasif Qurbanov, Nizami küçələri, həmçinin Azərbaycan prospektindəki həyətyanı sahələri su basıb, iaşə obyektlərinə ziyan dəyib. Höytala və Böhtala kəndləri ərazisindən axan Qara çayın daşması nəticəsində Böhtala kəndinə gedən piyada körpüsü dağılıb. Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub.

Hazırda baş verən fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin «Mi-17» helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago