DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsində problemlərin yaranması barədə iddialara cavab verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) özlərini ekspert kimi təqdim edən bəzi şəxslərin yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsində problemlərin yaranması barədə iddialarına cavab verib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə «Report»a açıqlamasında qeyd edib ki, bəzi xəbər saytlarında özlərini ekspert kimi təqdim edən şəxslərin yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsində problemlərin olması barədə iddiaları əsassızdır və belə fikirlər bu sahədə elementar bilgisi olmayan insanlara hesablanıb: “Yeni nəsil şəxsiyyət vəsiqələrinin dəyişdirilməsində hansısa əngəllər yaradılması və vətəndaşlardan vəsiqələrini dəyişmək üçün müəyyən səbəblərin göstərilməsi barədə səslənmiş fikirlər tamamilə əsassızdır. Şəxsiyyət vəsiqələrinin yenilərilə əvəz olunması üçün heç bir ilkin şərt irəli sürülə bilməz və bu, tamamilə vətəndaşın öz istəyinə buraxılan bir məsələdir. Cari il sentyabrın 1-dən istənilən vətəndaş istər “ASAN xidmət» mərkəzlərində, istərsə də aidiyyəti üzrə polis orqanlarında vəsiqələri dəyişdirmək imkanına malikdirlər.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunmasının mümkünsüzlüyü barədə səslənmiş iddialarla bağlı qeyd olunmalıdır ki, göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

Nazirlik rəsmisi həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin beynəlxalaq standartlara uyğun olmaması barədə iddialara da cavab verib və bu fikirlərin də həqiqətdən uzaq olduğunu qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 7 fevral 2012-ci il tarixli fərman imzalayıb. “Həmin fərmanda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin, bu sənədin hər iki üzündə əksini tapmış məlumatlar və rekvizitlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) standartlarına tam uyğun olduğu xüsusi qeyd olunub. Ona görə də özlərini “ekspert” hesab edənlərin yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi prosesinə cəlb olunmuş, kifayət qədər təcrübəsi olan əməkdaşların səriştəsinə və bacarığına şübhə etmələri, bu sahənin peşəkarlarına az qala “dərs” keçmək cəhdləri təəccüblü olduğu qədər də təəssüfləndiricidir”.

Hafiz Heydərov

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago