26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi ilə bağlı rəhbər heyətlə müşavirə keçirib.

Bu barədə «Report»a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, KQHO planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub, PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib.
General-polkovnik N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib.

Читайте также:  MDB Biznes Mərkəzinin baş direktoru: "Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı fəal iş gedir"

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək