Azərbaycan özütuşlanan süzən aviasiya bombası istehsal edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan eskperimental taktiki raket istehsalına başlayıb.

“Report” xəbər verir ki, “ETR-M” adlı raketin kalibri 203 mm-dir.

Müdafiə Sənayesi Nazirliyi mütəxəssislərinin hazırladığı raketin uçuş məsafəsi 10 000 m, kütləsi 250 kq, uzunluğu 2400 mm-dir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür. Raketin buraxılması qurğusu da Azərbaycan istehsalıdır.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində stasionar hədəfləri məhv etmək üçün 50 kq kalibrli özütuşlanan süzən aviasiya bombası istehsal olunub. “QFAB-50 İSAB” adlı bombanın uçuş məsafəsi 10 000 metrdir. Uzunluğu 1600 mm, diametri 230 mm, kütləsi isə 65 kq-dır.

Yeni istehsal olunan «QFAB-250 LG» adlanan bombanın isə çəkisi 250 kq-dır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 000 metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir.

Müdafiə Sənayesi Nazirliyinin hazırladığı bomba sınaqdan sonra istifadəyə veriləcək. Sınaqların birinci mərhələsi artıq bitib.

Sınaqlar əsasən “Su-25” təyyarələrində aparılıb.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago