Neftçala. 3 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan əsgəri İbrahim Mənəfovun medalı Neftçalada ailəsinə təqdim edilib.
“Report”un Aran bürosu xəbər verir ki, təqdimolunma mərasimi Neftçala Rayon İcra Hakimiyyətində keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış ediblər. Onlar cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.
Daha sonra şəhidin təltif edildiyi “Fərqlənməyə görə 3-cü dərəcəli” medal onun anası Yasəmən Mənəfova təqdim olunub. Sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, bu il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 23 yaşında şəhid olub.
Şəkli yükləmək
Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…