26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı, 13 mart. REPORT.AZ/ Qazaxıstan Azərbaycanda yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsindəki təcrübəni öyrənmək niyyətindədir.

Dövlət Mülki Aviasiya Agentliyindən (DMAA) “Report”a verilən məlumata görə, bu barədə Avropa Mülki Aviasiya Konfransının (ECAC) Parisdə keçirdiyi seminarda Qazaxıstan nümayəndələri bildiriblər.

“Qazaxıstan nümayəndələri Azərbaycanda yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsindəki təcrübəni öyrənmək məqsədilə may-iyun aylarında Azərbaycana səfər etmək və bu barədə DMAA-ya rəsmi müraciət etmək niyyətində olduqlarını bildiriblər. Azərbaycan nümayəndələri əldə edilmiş qabaqcıl təcrübə ilə bölüşməyə və normativ-hüquqi sənədlərin hazırlanmsında metodiki köməkliyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd ediblər”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, bu il yanvarın 8-12-də Avropa Mülki Aviasiya Konfransı (ECAC) Azərbaycanda yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsi üzrə audit yoxlaması keçirib. Keçirilən auditin müsbət nəticələrini nəzərə alaraq, ECAC Katibliyi Azərbaycanda yük daşımalarının qabaqcıl təcrübəsi barədə təqdimat hazırlaması və martın 6-7-dəParisdəkeçirilən seminarda təqdim edilməsi xahişi ilə müraciət edib. Yüklərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda keçirilən seminarda DMAA-nın Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev və sektor müdiri Elçin Sadıqzadə iştirak ediblər.

Читайте также:  Meksikada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Seminarda çıxış edən M.Əliyev seminar iştirakçılarına müxtəlif çeşidli yüklərin qəbulu, emalı, rəsmiləşdirilməsi və daşınması imkanları, soyuducular, onların həcmi və temperatur rejimi, tez xarab olan yüklər üçün sahələr, qiymətli malların saxlanc otaqları, təhlükəli yüklərin yerləşdirmə imkanları və saxlanc sahələri, poçt və diplomatik poçta ayrılmış sahələr haqqında məlumat verilib. Seminar iştirakçılarına 2015-2017-ci illər üzrə yük və poçt daşımalarına dair statistik məlumat təqdim edilib, milli və xarici yük aviaşirkətləri barədə geniş məlumat verilib.