26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 28 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının 4 təyyarəsinin vurulduğunu bildirib.

“Report” RİA «Novosti»yə istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.

«Bu 15 gün ərzində, Venesuela səmasını yarıb keçmək istəyən, lakin bolivar Hərbi Hava Qüvvələri ilə üzləşən Kolumbiya narkotik trafikinin dörd təyyarəsi vurulub», — deyə Maduro bildirib.

Onun sözlərinə görə, aviasiyanın bu hərəkəti milli hökumətin Venesuela ərazisində qanunsuz qüvvələrlə mübarizədə gördüyü işlərdən xəbər verir.

Bundan əvvəl Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb.

Читайте также:  Daşkənddə MDB ölkələri müdafiə nazirlərinin iclası keçirilib