Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə «Report»a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
*** 13:19
Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin «Mi-17» helikopteri cəlb olunub.
FHN-dən «Report»a bildirilib ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə nazirliyin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.
Əlavə məlumat veriləcək.
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…