26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyə silahlı qüvvələri Suriyanın Afrin şəhərində apardığı əməliyyat zamanı terror təşkilatlarının daha 21 üzvünü, əməliyyatın əvvəlindən isə ümumilikdə 811 terrorçunu məhv edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş qərargahının məlumatında bildirilir.

Qeyd olunur ki, Türkiyə aviasiyası “Zeytun budağı” əməliyyatı zamanı PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 hədəfi – sığınacağı, atəş nöqtələrini və silah anbarlarını zərərsizləşdiriblər. Əməliyyatda iştirak edən qırıcılar müvəffəqiyyətlə bazaya qayıdıblar.

Читайте также:  Elmar Məmmədyarov: "Biz münaqişələrin həlli üçün BMT və digər yerlərdə Yaponiyanın dəstəyinə arxalanırıq"