Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ “Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır”.

“Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.

“Türkiyə tərəfdən sistemlərimizə, aviasiya komplekslərimizə istək olacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırıq. “S-400″lərlə bağlı məsələyə müsbət cavab verib müqavilə imzaladığımız kimi, Türkiyə ilə digər texnikalar üzrə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırıq”, – D.Şuqaev deyib.

Onun sözlərinə görə, hələlik Türkiyə Rusiyadan qırıcılar almaqla bağlı rəsmi Moskvaya müraciət etməyib. 

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago