Rusiya Suriya sahillərində hərbi əməliyyatlara başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rusiya Aralıq dənizinin Suriya sahillərində hərbi əməliyyatlara başlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bir həftə ərzində hava məkanı və dəniz nəqliyyatı xətti bağlı olacaq.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə keçən gecə Aralıq dənizi üzərində Rusiyanın “İl-20” tipli hərbi təyyarəsi Suriyanın Hərbi Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla telefon danışığı zamanı bu hadisəni cavabsız qoymayacaqlarını və uyğun addım atacaqlarını bildirib. 

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago