RF Müdafiə Nazirliyi: İsrail aviasiyasının hərəkətləri mülki təyyarələri də təhdid edə bilərdi

Bakı. 25 sentyabr. REPORT.AZ/ İsrail qırıcılarının Suriya sahillərindəki hərəkəti təkcə hərbi deyil, həm də mülki, eləcə də, sərnişin təyyarələrini təhdid edə bilərdi.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Bir daha qeyd edirəm ki, İsrail qırıcılarının sentyabrın 17-si axşam etdiyi təxribat xarakterli hərəkətləri Xmeymim aerodromunun təkcə hərbi deyil, mülki sərnişin təyyarələrinin enişə daxil olduğu trass ərazisində həyata keçirilib”, — deyə o, Moskvada keçirilən brifinqdə bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “İl-20” təyyarəsini İsrail qırıcısını nişan alan Suriya raketi vurub. Moskva qəzaya görə bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələrinin üzərinə qoyub.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago