Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bazar ertəsi üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücum başladıldığı bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin qərb sahilindəki alyans qüvvələrinin komandanı briqada generalı Əli ət-Tunəyçi WAM agentliyinə deyib.

“Koalisiya Yəmənin birləşmiş müqavimət qüvvələri ilə Hudeyda şəhərini azad etmək üçün husilərin nəzarətində olan mövqelərə qarşı bir neçə istiqamətdən genişmiqyaslı hücum əməliyyatı həyata keçirir. Hazırda bir neçə mühüm ərazi ələ keçirilib, üsyançıların Sənadan gələn təchizat yolu kəsilib”, – deyə o bildirib.

“Sky News Arabia” telekanalının məlumatına görə, alyansın döyüş aviasiyası havadan quru qoşunlarına dəstək verir. Liman şəhərinin qərb sahilində partlayış və atışma səsləri eşidilir.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago