Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi bu gün Birləşmiş Ştatlar aviasiyasının Əfqanıstanın Lövgər vilayətində 10-dan çox əfqan polisini öldürməsi barədə məlumatları araşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı qüvvələrinin nümayəndəsi, polkovnik Martin O’Donnell məlumat verib.
“Hazırda yalnız onu təsdiq edə bilərəm ki, ABŞ-ın Əfqanıstandakı qüvvələri bu gün səhər saatlarında, həqiqətən, Əfqanıstan ordusunun keçirdiyi əməliyyatlara dəstək olmaq və Əfqanıstan qoşunlarının müdafiəsi üçün Lövgər vilayətinin Əzra mahalında aviazərbələr endirib”, – M.O’Donnell bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin adıçəkilən mahalda hökumət ordusunun nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələrdən sonra 15 polisin öldüyü xəbər verilib.
Əzra mahalının yerli özünüidarəetmə təşkilatının üzvü Abdulla Uvali Uakilin sözlərinə görə, xarici qüvvələr bu gün buraxdıqları səhvi təkrarlamamalıdır: “Belə biganəlik göstərməyə davam etsələr, bu daha ciddi problem yaradacaq”.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…