26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 20 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovla Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan arasında rəsmi və qeyri-rəsmi heç bir görüş olmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib. 

Xatırladaq ki, dekabrın 5-6-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Parisdə (Fransa) yerləşən Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda müşavirə keçirilib. Bu tədbirdə A.Məmmədov da iştirak edib. Erməni mətbuatı Azərbaycan rəsmisinin Ermənistandan olan həmkarı ilə görüşməsi barədə məlumat yayıb. 

“Sadəcə həmin müşavirədəki kofe fasiləsində T.Revazyan Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu deyərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və yaxud qeyri-rəsmi görüş olmayıb”, – açıqlamada qeyd olunub. 

Читайте также:  “Boeing” Çində zavod açır