26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının Tıva Respublikasının Qızıl şəhərində bu gün keçirilən Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının (MDB MNŞ) iclası zamanı hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

İclasın yekununda yayılmış məlumatda deyilir: “MDB dövlətləri Silahlı Qüvvələrinin döyüş imkanlarının artırılması məqsədi ilə hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi və onların daha da təkmilləşdirilməsi haqqında hökumətlərarası sazişlər imzalanıb. Eyni zamanda, geoməkan informasiyalarının mübadiləsi sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb”.

Bildirilir ki, müdafiə nazirləri hərbi təyinatlı birgə sistemlərin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində MDB Hava Hücumundan Müdafiə Birgə Sisteminin (HHM BS), Birgə Rabitə Sistemi (BRS), Vahid dövlət radiolokasiya təyinatı sisteminin, Silahlı Qüvvələr aviasiyasının uçuş təhlükəsizliyi sisteminin və digər sistemlərin daha da inkişaf etdirilməsi təkliflərini nəzərdən keçiriblər.

Читайте также:  Zakir Həsənov: “Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir”

Qeyd edək ki, iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.