İsrailin müdafiə naziri: “Suriyada “S-300″lərin olacağına sevinmirik, amma bu ölkədəki hərbi əməliyyatlardan imtina da etməyəcəyik”

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Suriyada “S-300″ komplekslərinin olacağına sevindiyimizi deyə bilmərəm. Eyni zamanda bu, başqa çıxış yolunun olmadığı mövzudur. Burada qərarı qəbul etməkdən başqa imkan yoxdur”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman yerli “Kan-REKA” radiostansiyasına müsahibəsində deyib.

O, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “İl-20” təyyarəsinin vurulmasına cavab olaraq Suriyaya “S-300” zenit-raket komplekslərinin veriləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən vurğulayıb.

Xatırladaq ki, sentyabrın 17-də göyərtəsində 15 hərbçinin olduğu Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən İsrail aviasiyasının növbəti hücumuna cavab verilərkən vurulub. Moskva hadisəyə görə İsraili günahlandırıb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago