İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib

Bakı. 24 iyun. REPORT.AZ/ İraqın ordusunun aviasiyası Suriyanın şərqində 45 İŞİD terrorçusunu məhv edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” İraqın hərbi komandanlığına istinadən məlumat yayıb.

Bildirilir ki, hava zərbəsi terror qruplaşması rəhbərlərinin görüş keçirdiyi yerə endirilib. Öldürülənlər arasında qruplaşmanın “hərbi nazirinin müavini, “media əmirləri”ndən biri, qruplaşma rəhbərinin şəxsi kuryeri və “polis rəisi” də var.

Ötən ildən başlayaraq İraq Suriyadakı İŞİD əleyhinə bir neçə hava hücumu təşkil edib. Bütün hücumlar rəsmi Dəməşqlə və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koailiyası ilə razılaşdırılıb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago