I rübdə Azərbaycanda dizel yanacağı istehlakı 18% artıb

Bakı. 16 may. REPORT.AZ/ 2018-ci ilin yanvar-mart aylarında ölkədə 323 min ton dizel yanacağı, 288,8 min ton avtomobil benzini istehlak edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ilin I rübündə dizel yanacağının istehlakında illik müqayisədə 17,7% artım, avtomobil benzinin istehlakında isə 1,4% azalma qeydə alınıb.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 81,3 min ton aviasiya üçün və sair ağ neft, 53,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 35,8 min ton neft bitumu, 32,5 min ton maye qaz, 16,6 min ton sürtkü yağları istehlak olunub.

Aviasiya üçün və sair ağ neft istehlakı 14,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 0,8%, neft bitumunun istehlakı 2 dəfə, sürtkü yağlarının istehlakı 99,7% artıb, maye qaz istehlakı isə 16,1% azalıb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago