26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 30 iyul. REPORT.AZ/ Quba rayonunun dağlıq ərazilərində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Report” bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Çayqışlaq və Qasımqışlaq kəndlərinin yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub. İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır. 

Читайте также:  “Air France-KLM”in baş direktoru istefaya gedib