Bakıda Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində yüksək səviyyəli ilk dialoq gələn ilin fevral ayında Bakıda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas jurnalistlərə məlumat verib.

Səfirin sözlərinə görə, görüşdə iştirak etmək üçün Bakıya Avropa İttifaqının nümayəndə heyəti gələcək. Heyətə Avropa Komissiyasının Nəqliyyat departamentinin baş direktoru Henrik Hololey rəhbərlik edəcək.

Fevraldakı iclasa qədər, çox güman ki, nəqliyyat üzrə işgüzar səviyyədə görüş keçiriləcək, eləcə də Azərbaycan-Aİ aviasiya sazişi ilə bağlı danışıqlar aparılacaq.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago