BƏƏ Yəməndən Dubaya zərbə endirilməsi xəbərini təkzib edib

Bakı. 28 avqust. REPORT.AZ/ BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi Yəmən husilərinin Dubay beynəlxalq hava limanına hücumla bağlı bəyanatlarını təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, idarə müvafiq bəyanatı bazar ertəsi “Twitter”də paylaşıb.

“BƏƏ-də hava rabitəsi normal rejimdə, hər hansı bir problem olmadan [həyata keçirilir]. Husilərin nəzarəti altında olan KİV-in Dubay beynəlxalq aeroportu ilə bağlı iddiaları həqiqətə uyğun deyil”, – deyə məlumatda bildirilir.

Bazar günü husilərin nəzarət etdiyi “Al Masirah” telekanalı “Səməd-3” tipli pilotsuz uçan döyüş aparatının Dubay aeroportuna zərbə endirdiyi barədə məlumat yayıb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago