Bakı. 13 fevral. REPORT.AZ/ “Azərbyacan bir sıra tədbirlərə ev sahibliyi etməkdədir. Burada Azərbaycan Milli Aviasiyasının da rolu böyükdür”.
“Report”un məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Mərkəzində keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda konfransdakı çıxışında deyib.
E.Hacıyev bildirib ki, uçuş təhlükəsizliyi və xidmət səviyyəsinin artırılması, təkmilləşdirilməsi üçün işlər aparılır: “Ölkəmizdə 7 hava limanı fəaliyyət göstərir, onlardan 6-sı beynəlxalq statusludur. Hər il sərnişin sayının 20-25 faiz artımı böyük axından xəbər verir. 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 4 milyondan artıq sərnişinə xidmət göstərib. Bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. Bu ilin yanvarında artım 19 faiz təşkil edib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanıının potensialı 9 milyon nəfər təşkil edir. Mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik. Yəni, yaxın gələcəkdə artım olacağı təqdirdə, əlavə sərmayə qoymağa ehtiyac yoxdur. Hazırda əsas məqsədimiz tranzit sərinişin daşıma sistemi yaratmaqdır. I Terminal MDB məkanında ən yaxşı terminal elan olunub. 2017-ci ilin sentyabrından fəaliyyətə başlayan “Buta Airvays” regionda ilkdir. 2018-ci il yubileylər ilidir. Cumhuriyyətimizin 100 iliyi ilə yanaşı, Azərbaycan aviatorları 80 illiyini qeyd edəcəklər. Hər birimiz üçün xeyirli olsun”.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…