26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının Bakı görüşünün bəyannaməsinin mətni açıqlanıb.

“Report” xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze imzalayıblar.  

Nazirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin norma və prinsiplərinə sadiqliklərini, regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək ilə bağlı sadiqliklərini bir daha təsdiqləyiblər, ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edibilər və inkişaf etmiş tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklərini bildiriblər, regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlarınıvə bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini vurğulayıblar, dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılaşıblar, regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi maraq kəsb edən regional və qlobal məsələlər ilə bağlı məsləhətləşmələrin əhəmiyyətini qeyd ediblər, enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləmək ilə bağlı iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini razılaşıblar, investisiyaların və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsi, o cümlədən mümkün olduğu təqdirdə enerji, nəqliyyat, telekommunikasiya, informasiya kommunikasiya texnologiyaları (İKT), sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icra edilməsi vasitəsilə əməkdaşlığın dəstəklənməsi ilə bağlı razılaşıblar, milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığını vurğulayıblar, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini qeyd ediblər, mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğulayıblar, neft, təbii qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına istəkli olduqlarını ifadə ediblər, müvafiq milli qanunvericiliyə uyğun olaraq dörd ölkənin bankçılıq şəbəkələri arasında əlaqələrin təşviqi və beynəlxalq bankçılıq proseduraları, eləcə də çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məlumat və təcrübə mübadiləsi ilə bağlı razılaşıblar, qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıblar, 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 2030-ci il üzrə davamlıı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər, beynəlxalq və ya regional təşkilatlarda dörd ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşıblar və bu mənada Ümumdünya EXPO 2025-ə ev sahibliyi edilməsi ilə bağlı Bakı şəhərinin namizədliyini alqışlayıblar, daha sonra Bakı şəhərinin 2021-ci ildə Dünya Bankı Qrupunun və Beynəlxalq Maliyyə Fondunun İdarəetmə Şurasının İllik Görüşlərinə ev sahibliyi edilməsi ilə bağlı namizəd şəhər olduğunu nəzərə alıblar, 2015 və 2017-ci illərdə keçirilmiş Tbilisi Kəmər və Yol Forumlarının vacibliyini vurğulayıblar və Tbilisi şəhərində növbəti forumda yüksək səviyyəli iştirakın əhəmiyyətini qeyd ediblər, terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan ediblər, ölkələr arasında insanlararası təmasların daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər, ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının razırlanmasının vacibliyini vurğulayıblar, dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini bir daha qeyd ediblər. 

Читайте также:  Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb

Sonda növbəti görüşün Gürcüstanda keçirilməsi razılaşdırılıb.

*** 13:15

Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşünün bəyannaməsi imzalanıb. 

“Report” xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze imzalayıb. 

Bildirilib ki, bu formatda ikinci görüş Gürcüstanda keçiriləcək. Görüşün tarixi isə qarşıdakı müddətdə dəqiqləşdiriləcək. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək