Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 2-də gecə saat 02:30 radələrində Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri (200-dən çox şəxsi heyət və 20 texnika), Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.
Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Sorry, this entry is only available in Russian.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…