ABŞ-ın təyyarə gəmisi İŞİD-lə mübarizə üçün yenidən Aralıq dənizinə qayıdıb

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) nüvə təyyarəsi daşıyıcısı “Harry Truman”ın rəhbərlik etdiyi zərbə qrupu iyunun 10-da İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlarda yenidən iştirak etmək üçün Aralıq dənizinin şərq hissəsinə daxil olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Amerika HDQ-nin saytında dərc olunan məlumatda deyilir.

“Harry Truman”ın rəhbərlik etdiyi zərbə qrupunun İŞİD ilə mübarizə üçün geri qayıtması bizim tərəfdaşlarımız üçün beynəlxalq terror təhlükəsinin olduğu regionda və hər yerdə sülh və təhlükəsizliyə bağlı olmağımıza dair güclü bir siqnaldır”, – deyə zərbə qrupunun komandanı, kontr-admiral Yucin Blek bildirib.

Göyərtə aviasiyası regionda olduğu müddətdə terrorçulara dəqiq zərbələr endirəcək.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago