ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyaya zərbəsi nəticəsində onlarla dinc insan həlak olub

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bazar günü Suriyanın iki yaşayış məntəqəsinə – Əş Şaafa və Zahrat-Alvaniyə hava zərbəsi endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 29 dinc sakin həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

ABŞ aviasiyası və Birləşmiş Ştatların müttəfiqləri fevralın 22-ə keçən gecə İraqın Bu-Kamal şəhəri ilə sərhəddə, ölkənin şərqindəki Hadcin şəhərinə də hücum edib. Həmin vaxt 12 suriyalı həlak olub.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago