26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyə Hərbi Qüvvələri ölkənin cənub-şərqində və İraqın şimalında PKK terrorçularının obyektlərinə endirilmiş zərbələrlə bağlı son məlumatları açıqlayıb.

„Report“ xəbər verir ki, bu barədə „Anadolu“ agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə ordusu aviasiyasının PKK-nın İraqın şimalındakı obyektlərinə, həmçinin Şırnak vilayətinə 15-21 iyunda endirilmiş hava zərbələri nəticəsində 87 silahlı zərərsizləşdirilib. 

Bundan əlavə, kustar üsulla hazırlanmış 127 partlayıcı qurğu, 12 atəş nöqtəsi və terrorçuların sığınacağı aşkar olunaraq məhv edilib.  

Читайте также:  Azərbaycan Prezidenti Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB