Türkiyənin cənub-şərqində 5 terrorçu zərərsizləşdirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.

„Report“ „Anadolu“ agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Beytüşşəbal rayonu ərazisində keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib. Əməliyyat hərbi aviasiyanın dəstəyi ilə keçirilib.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün bir sıra terror aktları keçirib. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil ediblər. 

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago