Rusiyanın Ermənistandakı bazasında mindən çox hərbçinin cəlb edildiyi təlimlər başlayıb

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər.

„Report“ TASS-a istinadən xəbər verir ki, ikitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.

Hərbçilər bir həftə ərzində artilleriya, hava hücumundan müdafiə və aviasiyanın dəstəyi ilə kəşfiyyat-zərbə konturlarının tərkibində taktiki gedişlər üzərində işləmək niyyətindədir. Manevrlərə həmçinin pilotsuz uçan aparatlar da cəlb ediləcək.

Təlimlər zamanı hərbçilər qayalı yüksək dağlıq yerlərdə sürücülük, atış silahlarından, minaatanlardan döyüş atışları həyata keçirmə, piyadaların döyüş maşınlarının, tankların, artilleriya və zenit-raket komplekslərinin silahlandırılması üzrə təlim-zaçot yerinə yetirəcəklər.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago