Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində dəyişiklik edilib – YENİLƏNİB

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

“Report” xəbər verir ki, bunu parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, gündəlikdən 5 məsələ çıxarılıb. Bunlar „Tütün və tütün məmulatı haqqında“, „Televiziya və radio yayımı haqqında“, „İctimai televiziya və radio yayımı haqqında“, „Teatr və teatr fəaliyyəti haqqında“ qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Beləliklə, iclasda 52 məsələ müzakirə ediləcək.

*** saat 12:02

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 57 məsələ daxildir.

Bunlar „Normativ hüquqi aktlar haqqında“, „Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında“, „Təhsil haqqında“, „İnzibati icraat haqqında“, „Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında“, „Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında“, „Pasportlar haqqında“, „Bələdiyyələrin statusu haqqında“, „Bələdiyyələrin maliyyəsinin əsasları haqqında“, „Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında“, „Tütün və tütün məmulatı haqqında“, „Televiziya və radio yayımı haqqında“, „İctimai televiziya və radio yayımı haqqında“, „Teatr və teatr fəaliyyəti haqqında“, „Dövlət sirri haqqında“, „Avtomobil yolları haqqında“, „Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında“, „Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında“, „Ədliyyə orqanlarında qulluq keçmə haqqında“, „Prokurorluq orqanlarında qulluq keçmə haqqında“, „Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında“,“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə“, „Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə“, „Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə“, „Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”,“Vəkillər və vəkillik fəaliyyəti haqqında“, „Dövlət rüsumu haqqında“, „Baytarlıq haqqında“, „Fitosanitar nəzarəti haqqında“, „Yeyinti məhsulları haqqında“, „Aviasiya haqqında“, „Dövlət borcu haqqında“, „Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi“, „Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında“ və s. qanunlara, eləcə də Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Gömrük, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar iclasda yeni hazırlanan „Uşaqların zərərli informasiyadan qorunması haqqında“ (üçüncü oxunuş) və „Psixoloji yardım haqqında“ (birinci oxunuş) qanun layihələrinə baxacaqlar.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago