MDB ölkələri pilotsuz aviasiyaya qarşı birgə mübarizə aparacaqlar

Bakı. 20 aprel. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Baş Qərargahları pilotsuz aviasiyadan istifadə edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

„Report“ „RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ölkənin müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Qərargah Rəisləri Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıqda pilotsuz aviasiyaya qarşı birgə mübarizə də yer almalıdır.

Qeyd edək ki, MDB ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən iclasında Rusiya ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Özbəkistan nümayəndələri də iştirak ediblər.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago