Daşkənddə MDB ölkələri müdafiə nazirlərinin iclası keçirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ MDB ölkələrinin hərbi qurumlarının rəhbərləri Özbəkistan paytaxtı Daşkənddə keçirilən Müdafiə Nazirləri Şurasının (MNŞ) iclasında beynəlxalq terrorizmə qarşı mübarizə tədbirlərini razılaşdırıb və hərbi təyinatlı birgə sistemlərin inkişafı istiqamətlərini müəyyənləşdiriblər.

„Report“ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu general Sergey Şoyqu iclasın yekunlarına dair jurnalistlərə bildirib.

„Şuranın qəbul etdiyi qərarlar müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yardım edəcək. İşimiz çərçivəsində Orta Asiya regionundakı vəziyyət qiymətləndirilib və beynəlxalq terrorizmlə mübarizə üçün zəruri tədbirlər müəyyənləşdirilib“, – S.Şoygu vurğulayıb.

Onun sözlərinə görə, Şura üzvləri hərbi aviasiya uçuşları sahəsində əməkdaşlığın təmin edilməsi, silahlı qüvvələrin topogeodezik, meteoroloji və informasiya təminatı sahəsində qərarlar imzalayıblar.

„Şuranın iclası əməkdaşlığımızın davamlı inkişaf perspektivlərinə malik olduğunu təsdiqlədi. Gələn il üçün 50-dən çox müxtəlif planlı birgə tədbirlər keçirilməsi nəzərdə tutulur“, – o diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago