Baş nazir: Türkiyə ordusu sabah Afrində quru əməliyyatına başlayacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə ordusu bazar günü Afrində quru əməliyyatına başlaya bilər.

„Report“ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bineli Yıldırım bildirib.

Daha əvvəl Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı Afrində terrorçu PKK-nın Suriya qolu olan YPG-yə və PYD-ə qarşı „Zeytun budağı“ adlı əməliyyatın başlandığını elan edib. Əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Baş Qərargahın məlumatına görə, əməliyyatda 72 hərbi təyyarə iştirak edib. Onlar 113 hədəfdən 108-ini məhv ediblər.

„Bizim aviasiyamız bu gün nəzərdə tutulmuş hədəflərin əksəriyyətinə zərbə endirib. Sabah, şəraitdən asılı olaraq, bizim quru qoşunlarımız lazımlı işi yerinə yetirəcək. Onlar Azad Suriya ordusu ilə birgə hərəkət edəcəklər“, – deyə baş nazir jurnalistlərə bildirib.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago