26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 30 dekabr. REPORT.AZ/ “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışlarına Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş mütəxəssisləri də qoşulub.

„Report“ xəbər verir ki, bu barədə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Hansı ali məktəbləri bitirən şəxslərin dövlət qulluğuna qəbulda daha çox uğur qazandığı açıqlanıb - SİYAHI