Azərbaycan ordusunun şəhid olan əsgərinin medalı ailəsinə təqdim edilib

Neftçala. 3 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan əsgəri İbrahim Mənəfovun medalı Neftçalada ailəsinə təqdim edilib.  

“Report”un Aran bürosu xəbər verir ki, təqdimolunma mərasimi Neftçala Rayon İcra Hakimiyyətində keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış ediblər. Onlar cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin təltif edildiyi “Fərqlənməyə görə 3-cü dərəcəli” medal onun anası Yasəmən Mənəfova təqdim olunub. Sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, bu il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 23 yaşında şəhid olub. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago