26.12.2018 0

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 25-28-də Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə təlimlər keçirilməsi ilə bağlı yayılmış məlumatı şərh edərkən vurğulayıb. 

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”, – məlumatda deyilir.

Читайте также:  Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olub