Categories:

Xəzərdə qayıqla itkin düşmüş şəxsin axtarışları davam etdirilir

Bakı. 12 avqust. REPORT.AZ/ Avqustun 27-də Sumqayıt şəhəri ərazisindən qayıqla dənizə çıxmış və geri qayıtmamış 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdürrəhim oğlunun axtarışları davam etdirilir.

“Report” FHN-ə istinadən xəbər verir ki, hazırda nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Xəzəryanı ölkələrin (Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan Respublikaları) müvafiq qurumları ilə itkin düşmüş Azərbaycan vətəndaşının axtarışları ilə əlaqədar mütəmadi məlumat mübadiləsi aparılır.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago