Categories:

Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub

Bakı. 28 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının 4 təyyarəsinin vurulduğunu bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.

“Bu 15 gün ərzində, Venesuela səmasını yarıb keçmək istəyən, lakin bolivar Hərbi Hava Qüvvələri ilə üzləşən Kolumbiya narkotik trafikinin dörd təyyarəsi vurulub”, — deyə Maduro bildirib.

Onun sözlərinə görə, aviasiyanın bu hərəkəti milli hökumətin Venesuela ərazisində qanunsuz qüvvələrlə mübarizədə gördüyü işlərdən xəbər verir.

Bundan əvvəl Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago