26.12.2018 0

Bakı. 26 dekabr. REPORT.AZ/ Türkmənistan aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 27-də ilk dəfə Aşqabad-Yerevan-Aşqabad reysi ilə uçacaq.

“Report” “Novosti Armenii”yə istinadən xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabineti yanında Mülki Aviasiya Baş İdarəsinin rəisi Sergey Avetisyan bildirib.

Onun sözlərinə görə, bu uçuşla Ermənistan tarixində ilk dəfə “5-ci dərəcəli hava azadlığı” güzəştindən istifadə ediləcək: “Təyyarə Aşqabad-Yerevan-Frankfurt marşrutu ilə uçacaq və geri qayıdacaq”. 

Читайте также:  Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq seminar başlayıb