26.12.2018 0

Bakı. 31 iyul. REPORT.AZ/ Quba rayonunun Çayqışlaq kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğın söndürülüb. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Читайте также:  Pakistan Hərbi Hava Qüvvələrinin yeni komandanı: "Azərbaycanla təcrübə mübadiləsi davam etdiriləcək"